Red Bull Zalsburq FK

Red Bull Zalsburq
Loqonun şəkli
Klubun tam adı «Football Club „Red Bull“ Salzburg»
Ölkə Avstriya, Avstriya
Ləqəb(lər) «Öküzlər» («Die Bullen»)
Rəng(lər) qırmızı,
Yaranma tarixi 13 sentyabr 1933) (1933-09-13) “Avstriya Zalsburq”
3 iyun 2005) (2005-06-03)
“Red Bull Zalsburq” dəyişmişdir.
Stadionu Red Bull arena
Tutumu 31 895
Sahibi Avstriya Red Bull GmbH
Prezidenti Yunanıstan Yorqos Esplandatkulos
Menecer Marco Rose
Liqa Avstriya Bundesliqası
2021/22 I yer
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.

“Zalsburq”qun prezidenti yunanıstanlı Yorqos Esplandatkulosdu. Hazırda “qırmızı-ağlar”ı yerli mütəxəssis Adolf Hütter çalışdırır. "Qrodiq"in sabiq baş məşqçisi bu posta 2014-cü ildə gətirilib. O, Almaniyanın "Bayer" klubundan aldığı təklifə razılaşan Rocer Şmidti əvəzləyib.

Eyniadlı şəhəri təmsil edən “Zalsburq” ölkənin ən güclü klublarındandı. “Qırmızı-ağlar” ölkənin ən yüksək liqası - Avstriya Bundesliqasında çıxış edir. Komanda 8 dəfə (1993/94, 1994/95, 1996/97, 2006/07, 2008/09, 2009/10, 2011/12, 2013/14) Bundesliqa çempionu olub. 6 dəfə gümüş medalla kifayətlənən bu komanda bir dəfə də bürünc medallara sahib çıxıb. Ümumilikdə 6 dəfə Avstriya Kubokunun finalına vəsiqə qazanan “buğalar” ancaq 2012 və 2014-cü illərədə qalib adını qazanıblar. Onlar həmçinin 3 dəfə də (1994, 1995, 1997) Avstriya Superkubokunun qalibi olublar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search